Sen 04, 2018 13:41 Asia/Baku
  • İran prezidenti üç neft-kimya layihəsini istifadəyə verib
    İran prezidenti üç neft-kimya layihəsini istifadəyə verib

İran İslam Respublikasının prezidenti Buşehr vilayətində üç neft-kimya layihəsini istifadəyə verib.

Həsən Ruhani bu gün üç neft-kimya layihəsini istifadəyə vermək məqsədilə bir heyətlə İranın cənubundakı Əsəluyyə məntəqəsinə səfər edib.

İldə bir milyon 650 min ton istehsal imkanlı "Mərcan" neft-kimya metanol istehsalı layihəsi İran İslam Respublikası prezidentinin iştirakı ilə istifadəyə verilib.

Həmçinin Pərdis neft-kimya zavodunun üçüncü blokunun istifadəyə verilməsilə bu kompleks ildə beş milyon 265 min ton karmabid və ammonyak istehsalı imkanı ilə Yaxın Şərqdə və dünyada bu məhsulların ən böyük istehsalçısına çevriləcək.

Dəmavənd neft-kimya zavodunun birinci bloku da Pars özəl iqtisadi məntəqəsində yerləşən 24 neft-kimya kompleksinin buxarı və elektrik enerjisini təmin etmək məqsədilə İran prezidentinin iştirakı ilə rəsmi surətdə istehsal xəttinə qoşulubdur.

Teqlər