Pekində İran və Çin Müdafiə nazirləri görüşüblər
https://azeri.sahartv.ir/news/İran-i321941-pekində_İran_və_Çin_müdafiə_nazirləri_görüşüblər
İranın müdafiə naziri deyib: İran İslam Respublikası regionda sülh, təhlükəslik və stabilliyin bərqərar olunması üçün heç bir səydən əsirgəmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2018 13:01 Asia/Baku
  • Pekində İran və Çin Müdafiə nazirləri görüşüblər
    Pekində İran və Çin Müdafiə nazirləri görüşüblər

İranın müdafiə naziri deyib: İran İslam Respublikası regionda sülh, təhlükəslik və stabilliyin bərqərar olunması üçün heç bir səydən əsirgəmir.

İRNA-nın verdiyi məlumata görə, İranın müdafiə naziri General mayor Əmir Hatəmi bu gün Pekində çinli həmkarı Vi Fenq He ilə görüşündə Asiyanın qərbində destabilliklərə toxunaraq deyib: Təhlükəsizlik bütövdür və Asiyanın qərbindəki destabillik bu bölgədə və bütün dünyada təhlükəsizliyə mənfi təsir buraxır. 

General Hatəmi Amerikanın özbaşına hərəkətlərinə və beynəlxalq qanunları təkrar pozmasına toxunaraq deyib: Bu ölkənin hərəkətləri beynəlxalq sülh və təhlükəsizliyi pozur. 

Çinin müdafiə naziri deyib: Pekin həmişə İran ilə qarşılıqlı əməkdaşlıqları dəstəkləyir.