Zərif: BMT baş assambleyasının sesiyası İran diplomatiyası üçün yaxşı fürsətdir
https://azeri.sahartv.ir/news/İran-i323114-zərif_bmt_baş_assambleyasının_sesiyası_İran_diplomatiyası_üçün_yaxşı_fürsətdir
İranın xarici işlər naziri deyib: Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasının sessiyası İran İslam Respublikasının baxışını ən yüksək səviyyədə təqdim etmək üçün yaxşı fürsətdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2018 09:14 Asia/Baku
  • Zərif: BMT baş assambleyasının sesiyası İran diplomatiyası üçün yaxşı fürsətdir
    Zərif: BMT baş assambleyasının sesiyası İran diplomatiyası üçün yaxşı fürsətdir

İranın xarici işlər naziri deyib: Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasının sessiyası İran İslam Respublikasının baxışını ən yüksək səviyyədə təqdim etmək üçün yaxşı fürsətdir.

İRİB-in verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif BMT-yə üzv ölkələrin üçdə ikisinin baş asambleyada iştirak etdiyini bildirərək deyib: İran İslam Respublikası prezidenti Həsən Ruhani bu iclasda və ikitərəfli və neçətərəfli görüşlərdə çıxış edəcək və bu hər bir ölkə üçün yaxşı fürsətdir. 

İİR XİN başçısı Avropa Birliyinin Əhatəli Müştərək Təşəbbüs Proqramını qoruyub saxlamaq səyləri barədə deyib: AB bu sahədə öhdəliklər üzərinə götürüb və İran AB-nin konkret addımlarını gözləyir. 

Zərif deyib: Gələn həftə ƏMTP-də qalan üzvlərlə bir iclas keçiriləcək və həyata keçirilmiş təşəbbüslər araşdırılacaq. 

İranın XİN başçısı bazar günü BMT BA-da iştirak etmək üçün Nyu-Yorka gedəcək.