Salehi Vyanada görüşlər keçirib
İranın Atom Enerjisi Təşkilatının sədri Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 62-ci ümumi iclasının kənarında Britaniya və Fransa nümayəndələri ilə görüşüb.
Əli Əkbər Salehi bu gün Fransanın Atom Enerjisi Komissiyasının sədri Jak Fransua ilə görüşündə Fransanın İran ilə tələbə mübadiləsi və nüvə texnologiyası mövzusunda təlim fəaliyəti kurslarının keçirilməsini istəyib.
Fransalı rəsmi də müştərək əməkdaşlıqlar üçün çoxlu fürsətlərin mövcud olduğunu vurğulayaraq Əhatəli Müştərək Təşəbbüs Proqramının uğurlu razılaşma olduğunu və Fransanın ona sadiq qaldığını vurğulayıb Amerikanın İrana qarşı sanksiyalarından təəssüfləndiyini bildirib.
İranın AET-nın sədri həmçinin Britaniya heyətinin başçısı Robin Qreyms ilə görüşündə iki ölkə arasında bütün sahələr xüsusiylə elm, universitet və iqtisadiyyat sahələrində əlaqələrin bərpasının vacibliyini vurğulayıb.
Salehi Britaniya dövlətini ƏMTP-nin yaratdığı fürsətdən İran ilə əlaqələrin genişləndirilməsi üçün faydalanmağa çağırıb.
Görüşdə Robin Qreyms də Britaniyanın ƏMTP-yə sadiq qaldığını vurğulayıb və Ərak layihəsində Britaniyanın ABŞ-ı əvəz etməyə hazır olmasının onun ƏMTP-yə sədaqətinin göstəricisi adlandırıb.
Britaniya heyətinin başçısı AEBA-nın İranın ƏMTP-yə sadiq qalmasını öz hesabatlarında təsdiqləməsi və iki tərəfli sahələrdə əməkdaşlıqların genişləndirilməsi səylərindən razılığını bildirib.