İran ordusu və Sepah-ın hava qüvvələri birgə hərbi təlimlərə başlayıblar
İran İslam Respublikası ordusunun təbliğat məsələləri üzrə baş komandan müavini əvəzedicisi deyib: Müqəddəs Müdafiə həftəsinin başlanması münasibəti ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Hava Qoşunları ilə İran İslam Respublikası ordusu Hava Qoşunlarının Fars Körfəzi və Oman dənizi səmasında birgə hərbi təlimlərinə start verilib.
Polkovnik Yusif Səfipur cümə günü ordu və Sepah-ın hava qüvvələrinin birgə hərbi təlimlərinin kənarında jurnalistlər qarşısında deyib: Bu hərbi təlimlərdə 9 ədəd F-4, 4 ədəd Miraj, 6 ədəd Su-22, 4 ədəd Tukano, 3 ədəd Yak-12, təyyarələri habelə, 3 ədəd Şenok helikopteri və 2 ədəd 212 helikopteri iştirak edir.
Polkovnik Səfipur Sepah və ordunun hava qüvvələrinin birgə hərbi təlimlərinin güc nümayişi olmaqla yanaşı, dost və qonşu ölkələrə sülh və dostluq mesajına malik olduğunu bildirib və deyib: Əgər düşmən İrana tamah salarsa, möhkəm cavab ilə üzləşəcək.
İran İslam Respublikası təqvimində 22 sentyabr İraqın İrana qarşı savaşa başladığı gün olaraq Müqəddəs Müdafiə həftəsinin ilk günü kimi qeyd ol unub.
Müqəddəs Müdafiənin 38-ci ildönümü münasibəti ilə bir həftə boyunca İranda ölkə səviyyəsində xüsusi mərasimlər keçiriləcək.
İraq ordusu Səddamın başçılığı altında 8 il boyunca İrana qarşı müharibə apardı. Dünyanın bütün böyük və imperialist qüdrətlərinin habelə, Fars Körfəzi ölkələrinin tam dəstəyinə malik olmasına baxmayaraq, Müqəddəs Müdafiə dövründə İran İslam Respublikası dünya qarşısında dayanaraq, sonda qələbə çaldı.