Sen 23, 2018 13:41 Asia/Baku
  • Laricani: İranın qüdrəti talançılar üçün dözülməzdir
    Laricani: İranın qüdrəti talançılar üçün dözülməzdir

İran İslam Şurası Məclisinin sədri deyib: İran İslam Respublikasının qüdrəti talançı qüdrətlər üçün dözülməzdir; buna görə, onlar İrana qarşı cinayətkar hücumlara əl atırlar.

İran İslam Şurası Məclisinin bugünkü iclasının başlanğıcında İslam İnqilabının əvvəlində Amerika və bəzi Qərb ölkələri tərəfindən İranın sanksiya edilməsinə işarə edən Əli Laricani əlavə edib: Amerika region ölkələrindən bac almaq istiqamətində geniş təbliğatlar aparmaqla bu ölkələri himayə etdiyinə görə, İranın sanksiya edilməsi nəzəriyyəsini irəli sürür ki, bununla öz silahlarını sata bilsin.

Əhvazda silahlı qüvvələrin paradının kənarında törədilmiş terror hücumunu pisləyən Laricani bu məsələnin İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası tərəfindən izlənilməsini istəyib.

İranın qanunvericilik hakimiyyətinin başçısı vurğulayıb: İran İslam Respublikası Silahlı Qüvvələrinin paradı islami quruluşun qüdrətinin nişanəsi, müxtəlif hərbi qabiliyyətlərin nümayişi və İran xalqının istiqlaliyyətin bütün istiqamətlərdə qorunması üzrə güclü iradəsinin bəyanedicisidir.

Teqlər