Sen 26, 2018 10:48 Asia/Baku
  • Ruhani: Heç bir güc İran xalqı qarşısında dayana bilməz
    Ruhani: Heç bir güc İran xalqı qarşısında dayana bilməz

İran İslam Respublikası prezidenti deyib: İran demokratik hökumətdir və heç bir güc və dövlət bir xalq qarşısında dayana bilməz.

İİR prezidenti Həsən Ruhani dünən CNN telekanalına verdiyi müsahibədə ABŞ dövlətinin İranda rejim dəyişmə arzusuna toxunaraq deyib: Amerikanlar keçmişdə belə fikirləşirdilər ki, islam inqilabından öncə olduğu kimi , onların tam nəzarətində olan bir rejimin şahidi olacaqlar, amma bu məqsədə heç vaxt nail olmadılar və İran xalqı daima sarsılmaz olaraq qalacaq. 

Ruhani Amerikanın hazırkı rəhbərlərinin sözləri ilə əməlləri arasındakı aşkar ziddiyyətlərə toxunaraq deyib: Onlar İran xalqına təzyiq göstərdiklərini deyirlər digər tərəfdən isə İran xalqını düşündüklərini iddia edirlər. 

İİR prezidenti Amerikanın İrana qarşı sanksiyalarının yeganə məqsədinin İran xalqına təzyiqdən ibarət olduğunu bildirərək deyib: Amerikanın İrana qarşı qeyri-qanuni sanksiyaları sadəcə adi insanların məişətinə təzyiqləri artırır və bu Amerikanın İran xalqı ilə düşmənçiliyi deməkdir. 

Ruhani İrana qarşı sanksiyaların artmasının Amerikanın və regionun xeyirinə olmadığını bildirərək deyib: Tarix davərlik edəcək ki, Amerika bu zaman böyük səhvə yol vermişdir. 

İİR prezidenti İranın Suriyadakı fəaliyyətinin bu ölkənin dövlətinin istəyi əsasında reallaşdığını bildirərək deyib: İran İslam Respublikasının yardımları və Suriya və İraq xalqlarının müqaviməti olmasaydı bu gün Bağdad və Dəməşq İŞİD-in nəzarətində idi və onlar regionda iki terrorçu dövlət qurmuşdular və bütün regionu və dünyanı hədələyirdilər. 

Teqlər