Sen 27, 2018 10:44 Asia/Baku
  • Ruhani BMT baş katibi ilə görüşüb

İran İslam Respublikasının prezidenti və Birləşmiş Millətlər Təşkilatının baş katibi görüşərək, nüvə anlaşması, Suriya böhranı və Yəmən müharibəsi daxil olmaqla müxtəlif məsələlər barədə danışıblar.

Həsən Ruhani yerli vaxtla çərşənbə günü axşam Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə görüşərək, onun nüvə anlaşmasının qorunması barədəki mövqeyini müsbət dəyərləndirib və belə deyib: Birləşmiş Millətlər Təşkilatı beynəlxalq qanunların möhkəmləndirilməsi çərçivəsində öz vəzifəsinə elə əməl etməlidir ki, heç bir ölkə öz nəzəri ilə beynəlxalq öhdəliklər, xüsusən Təhlükəsizlik Şurasının qətnamələri ilə mübarizə apara bilməsin.

İran prezidenti bildirib ki, öhdəliyi pozmaq və qanunsuzluq dünya ictimaiyyətində adi hala çevrilməməlidir. O, deyib: BMT baş katibinin dialoq və diplomatiyadan əldə olunan uğurlu bir razılaşmanın təzahürü kimi nüvə anlaşmasının qorunması barədəki açıq mövqeyi təsirli olacaq.

Ruhani həmçinin bildirib ki, İran regional və beynəlxalq məsələlərdə BMT ilə hər cür həmkarlığa, eləcə də Suriya və Yəmən kimi ölkələrdə böhranların həllindəki müsbət hərəkətlərini davam etdirməyə hazırdır. O, belə qeyd edib: İran, Türkiyə və Rusiya Suriyada terrorizmlə mübarizə və bu ölkədə sülh və təhlükəsizliyin yaradaılması istiqamətində yaxşı addımlar ata biliblər və üç ölkənin razılaşması İdlibdə döyüş və qırğının başlanmasına mane oldu.

İran İslam Respublikasının prezidenti  Yəməndəki insan və faciələri və qarışıq durumu da nigaranedici adlandırıb və belə deyib: Birləşmiş Millətlər Təşkilatı Yəmən məsələsində daha artıq səylə və daha fəal şəkildə hərəkət etməli və bu ölkə xalqına humanitar yardımlar çatdırmalıdır.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş də bu görüşdə İranın Amerikanın nüvə anlaşmasından çıxmaq üzrə qərarına reaksiyada tutduğu konstruktiv mövqeyi alqışlayaraq, deyib: Nüvə anlaşması BMT və Təhlükəsizlik Şurası tərəfindən təsdiq olunur və tam şəkildə icra olunmalıdır, amma İrana qarşı sanksiyalar əsla təsdiq edilmir və bunlar BMT qərarları çərçivəsində deyildir.

Birləşmiş Millətlər Təşkilatının baş katibi həmçinin İranın Suriya problemlərinin həlli sahəsindəki səylərini yüksək qiymətləndirərək, Yəmən xüsusiyyət təşkil etməklə regionda böhran içində yaşayan xalqlara yardım və terrorizmlə mübarizə sahəsində BMT-nin İranla əməkdaşlıqlarının genişəndirilməsini vurğulayıb.

Teqlər