Sen 28, 2018 11:45 Asia/Baku
  • Xoşru: Tramp dövlətinin rəftarı çaş-baş və naməlumdur
    Xoşru: Tramp dövlətinin rəftarı çaş-baş və naməlumdur

İranın BMT-dəki daimi nümayəndəsi Ağ Ev-in beynəlxalq təşkilatlardakı təzadlı rəftarlarına toxunaraq, deyib: Tramp dövlətinin rəftarı tamamilə çaş-baş və naməlumdur.

Qolaməli Xoşru dünən axşamçağı Tramp dövlətinin nüvə anlaşmasından çıxmaq və İrana qarşı sanksiyalar tətbiq etmək üzrə rəftarına toxunaraq, deyib: Amerikanın İranın nüvə fəaliyyətləri sahəsindəki pozuntusuna dair bəhanəsi düzgün deyil, zira Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bütün hesabatları göstərir ki, İran imzaladığı anlaşmaya sadiq qalıbdır.

İranın BMT-dəki daimi nümayəndəsi əlavə edib: Amerika nəinki İran, həm də Norveçi, Fransanı, Çini və bütün dünya ölkələrini BMT qətnamələrinə riayət edəcəkləri təqdirdə tənbeh edir.

İranın BMT-dəki səfiri Tramp dövlətinin bu kimi hərəkətlərinin dəlili barədə belə deyib: Bu dövlətin məqsədi budur ki, Vaşinqtonun öncəki dövlətinin yerinə yetirəcəyi barədə üzərinə öhdəlik götürdüyü bütün sənədləri pozsun.

Teqlər