Okt 06, 2018 11:38 Asia/Baku
  • İran sionist rejimin faşist başçılarına xəbərdarlıq edib
    İran sionist rejimin faşist başçılarına xəbərdarlıq edib

İranın Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin rasist, özünü bəyənən və ağıldan və ədəbdən məhrum olan başçılarına xitabən, İranın böyük xalqına qarşı düşüncəsiz dillərindən çıxan nəzakətsiz sözlərin nəticəsi barədə xəbərdarlıq edib.

Bəhram Qasimi Əl-Aləm telekanalına verdiyi müsahibədə sionist rejimin başçısı Ruvin Rivlinin İran xalqına qarşı həyasızlığı barədə deyib: İndiyədək özlərinə məxsus olan riyakarlıq və fırıldaqçılıqla İran xalqını onun özündən mənşə alan hökumətdən ayırmağa cəhd göstərən sionist rejimin şeytan sifət başçıları artıq söylədiklərinə nəzarətlərini belə itiriblər və bu dəfə tam həyasızlıq, başıxarablıqla təhqirə yol verərək, İran və iranlıların varlığı ilə necə də ziddiyyətdə olduqlarını və sonu görünməyən zəhərli bir nifrət içində yandıqlarını nümayiş etdirmiş oldular. 

Qasimi deyib: əlavə həyasızlıq ondan ibarətdir ki, bariz xüsusiyyəti yırtıcılıq, təcavüzkarlıq,hiləgərlik və nacinslikdən ibarət olan bir rejimin başçıları yəhudilərin xilaskarı olmuş qədim və qorxmaz bir xalqı beləcə xitab edir və onu ac saxlamalı olduğunu bildirir. 

İranın XİN sözçüsü deyib: İranın böyük və ziyalı xalqı Həzrət Musanın(ə) davamçılarının hüquqları və mövqeyinə hörmətlə yanaşaraq, onları işğal olunmuş ərazilərə hakim kəsilmiş bir qrup faşist, təcavüzkar və harın azlıqdan ayrı hesab edir. 

Sionist rejimin başçısı cümə axşamı işğal olunmuş Qüdsdə Almaniya kansleri Angela Merkel ilə görüşündə böyük İran xalqına qarşı təhqiramiz bəyanatda deyib: İran xalqını ac saxlamaq lazımdır. 

Teqlər