Okt 18, 2018 10:32 Asia/Baku
  • İran Pakistandan iranlı girovların azad edilməsini istədi
    İran Pakistandan iranlı girovların azad edilməsini istədi

İran İslam Respublikasının daxili işlər naziri Pakistanlı həmkarına xitabən deyib: Bütün səylər İranlı girovların azad edilməsinə yönəlməlidir.

İranın daxili işlər naziri Əbdürrıza Rəhmani Fəzli Pakistanın daxili işlər naziri Şəhriyar Afəridiyə ünvanlanmış məktubda 14 iranlı sərhədçinin terrorçular tərəfindən oğurlanmasına işarə edərək, Pakistan dövlətinin terrorçuların bu ölkə ərazisindən İrana qarşı istifadə etmələrinə icazə verməməsinə dair öhdəliyini xatırladıb. 

Əbdürrıza Rəmani Fəzli İran İslam Respublikasının terrorçular və təxribatçılar ilə qətiyyətli şəkildə rəftar etdiyini bildirib və deyib: bütün səylər iranlı girovların azad edilməsinə yönəlməli, terrorçular haqda ciddi ölçü götürülməli və bu kimi xoşagəlməz halların təkrarlanmasına icazə verməmək lazımdır. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Quru Qoşunlarının Qüds qərargahının mətbuat xidmətinin verdiyi məlumata görə, bazar ertəsi günü Mircave məntəqəsində, sıfır sərhəd nöqtəsində  İranın bir qrup sərhədçisi və yerli səfərbər qüvvəsi satqın ünsür və ya ünsürlərin xəyanəti nəticəsind əksinqilabçı qüvvələr tərəfindən oğurlanıb.

Teqlər