Okt 18, 2018 18:15 Asia/Baku
  • Möhsün Rzayi: Regionun taleyi İran və ABŞ arasındakı yeni qarşıdurmanın başlıca mövzusudur
    Möhsün Rzayi: Regionun taleyi İran və ABŞ arasındakı yeni qarşıdurmanın başlıca mövzusudur

İran İslam Respublikasının Məsləhət Şurasının katibi deyib: Amerika ikinci dünya müharibəsindən sonra Asiyanın Qərbinə yerləşdir və regionun nefti və qazını qarət etməyə başladı. Amma, İran İslam İnqilabı ABŞ-ın öz çirkin məqsədini gerçəkləşdirməsinə mane oldu.

İRNA-nın məlumatına görə, İranın Məsləhət Şurasının katibi  Möhsün Rzayi cümə axşamı Tehranda keçirilən İslam İnqilabının Davamçıları Cəmiyyətinin 5-ci konqresində deyib: ABŞ Asiyanın qərbində Britaniyanın  yerini tutdu və silah ticarətini genişləndirməyə başladı. Amma, İslam İnqilabı ABŞ-ın bütün planlarını pozdu.

Rzayi əlavə edib: İslam İnqilabının qələbə çalmasından ötən 40 il ərzində Amerikalılar hər gün daha artıq zəiflədilər və İranı itirdilər. Buna görə də Ərəbistanı İranın qarşısına çıxartmağa çalışdılar. Amma, onların bu planı da işə yaramadı və Ərəbistan ABŞ-ın arzularını gerçəkləşdirə bilmədi.

İranın Məsləhət Şurasının katibi əlavə edib: İqtisadi, media və terror savaşı ABŞ hökumətinin regionda qalmaq üçün əl atdığı yeni fitnələrdir. Düşmənlər bu yollar regiondakı məğlubiyyətdən xilas olmağa çalışırlar.

Möhsün Rzayi sonda deyib: Regionun müsəlman xalqları birlik və həmrəylik yolu ilə düşmənləri məğlub edə, ölkələrinin gələcəyi və taleyini dəyişə bilərlər.

Teqlər