BMT TŞ-də İranın ABŞ-a qarşı şikayəti qeydə alınıb
https://azeri.sahartv.ir/news/İran-i326105-bmt_tŞ_də_İranın_abŞ_a_qarşı_şikayəti_qeydə_alınıb
Beynəlxalq Ədalət Məhkəməsinin İranın ABŞ-a qarşı şikayəti barədəki müvəqqəti qərarı sənəd kimi BMT-nin Təhlükəsizlik Şurasında qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2018 14:25 Asia/Baku
  • BMT TŞ-də İranın ABŞ-a qarşı şikayəti qeydə alınıb
    BMT TŞ-də İranın ABŞ-a qarşı şikayəti qeydə alınıb

Beynəlxalq Ədalət Məhkəməsinin İranın ABŞ-a qarşı şikayəti barədəki müvəqqəti qərarı sənəd kimi BMT-nin Təhlükəsizlik Şurasında qeydə alınıb.

BMT-nin baş katibi Antonio Quterreş göstəriş verib ki, Haaqa Məhkəməsinin İranın ABŞ-a qarşı şikayəti barədəki müvəqqəti qərarı sənəd kimi BMT-nin Təhlükəsizlik Şurasında qeydə alınsın.

Beynəlxalq Ədalət Məhkəməsinin rəyi qəti, icraolunası və yenidənbaxılmazdır.

Beynəlxalq Haaqa Məhkəməsi dörd gün şifahi dinləmədən və bir neçə həftə araşdırmadan sonra oktyabrın 3-də Amerikanın anti-İran sanksiyalarından bəzilərinin dayandırılması barədə rəy verdi.

Amerika Beynəlxalq Ədalət Məhkəməsinin rəyindən sonra bildirdi ki, İran ilə Amerika arasındakı 1955-ci il dostluq müahidəsini ləğv edir.