Cahangiri: ABŞ-ın İran qarşısındakı əməli beynəlxalq qanunlara ziddir
İranın birinci vitse-prezidenti deyib: Amerikanın İrana qarşı birtərəfli sanksiyalarının tətbiq edilməsi bir qanun pozğunluğudur, zira Vaşinqton beynəlxalq qaydalara və əxlaqa zidd hərəkət edibdir.
Eshaq Cahangiri bu gün İranın Xuzistan vilayətinə daxil olarkən əlavə edib: Nüvə anlaşmasının altı ölkə ilə uzun-uzadı müzakirədən sonra əldə olunduğu və MAQATE-nin bildirdiyinə görə, İranın özünün bütün öhdəliklərinə əməl etdiyi bir halda, Amerika beynəlxalq qanunlara zidd olaraq, bu beynəlxalq anlaşmadan çıxdı.
İranın birinci vitse-prezidenti deyib: Amerikanın bu addımda məqsədi, İran iqtisadiyyatında əmin-amansızlıq yaratmaqdır ki, İranda xarici və daxili investisiya təhlükəsizliyini sanksiyadan asılı etmiş olsun.
Cahangiri bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları iki bölmədə icraya qoyulub. O, belə qeyd edib: Amerikanın İrana qarşı mənfi fikir yaratması neft sanksiyası ilə nəticə vermədi və bəzi ölkələri İrandan neft satınalma sanksiyasından müstəsna etməyə məcbur oldu. Eyni zamanda, əksər ölkələr beynəlxalq hüquq normalarına zidd olan bu hərəkətdə Amerikanı müşayiət etmədilər.
ABŞ prezidenti 2018-ci il mayın 8-də ölkəsinin nüvə anlaşmasından çıxdığını elan edəndən sonra avqustun 7-si və noyabrın 5-də İrana qarşı sanksiyaları geri qaytardı. Amerikanın bu addımı dünya ölkələrinin müxalifəti ilə üzləşdi.
ABŞ-ın xəzinədarlıq nazirliyi anti-İran sanksiyalarının başlanması ilə bir zamanda, Çin, Hindistan, Cənubi Koreya, İtaliya, Yunanıstan, Yaponiya, Türkiyə və Tayvana İrandan neft satın almağı davam etdirmək icazəsi verdi.