Noy 22, 2018 12:52 Asia/Baku
  • Düşmənlərin İranda valyuta bazarını pozmaq üzrə planları alt-üst oldu
    Düşmənlərin İranda valyuta bazarını pozmaq üzrə planları alt-üst oldu

İranın Mərkəzi Bankının baş direktoru vurğulayıb ki, İranın valyuta bazarı tam nəzarət altındadır. O, deyib: Mərkəzi Bank qüdrət və məqsədyönlü şəkildə öz yolunu davam etdirir və xalq gələcəkdə bundan da yaxşı vəziyyətin şahidi olacaqdır.

Əbdolnaser Hemməti dünən gecə İranın 2-ci telekanalının "xüsusi xəbər söhbəti" verilişində bildirib ki, dövlət valyuta bazarına nəzarət sahəsində lazımi gücə malikdir. O, əlavə edib: Düşmənlər İran İslam Respublikasını problemlə üzləşdirmək üçün özlərinin bütün imkanlarını səfərbər ediblər, amma dövlət və mərkəzi bank proqramlaşdırma və ciddiliklə göstərdilər ki, bu problemlərə qalib gələcəklər.

İranın Mərkəzi Bankının baş direktoru bildirib ki, iqtisadi səbatsızlıq iqtisadi fəaliyyətlər və olaylara təsir göstərir. O, deyib: İlk hədəf, yəni sabitliyin iqtisadiyyata qayıtması reallaşdı və düşmənin təbliğatı və psixoloji müharibəsi İranın məsul şəxsləri və mərkəzi bankının tədbirləri ilə zərərsizləşdirildi.

Hemməti deyib: Amerikanın təzyiqləri çox ağırdır, amma İran İslam Respublikası quruluşu göstərdi ki, qüdrətlidir və onların qarşısında dayanıbdır. Amerikanın proqnozları yanlış çıxdı və bu, İran dövlətinin tədbirinin nişanəsidir.

İranın Mərkəzi Bankının baş direktoru bildirib: Xalq əmin olsun: dövlət və mərkəzi bank qüdrətlə bu yolu irəliləyəcəklər və İran xalqı bu məsələdən başıuca çıxacaqdır.

ABŞ prezidenti 2018-ci il mayın 8-də birtərəfli şəkildə ölkəsinin nüvə anlaşmasından çıxdığını elan etdi və iki mərhələdə nüvə sanksiyalarını geri qaytardı.

Bu sanksiyalar birbaşa şəkildə İran xalqına tuşlanıb və amerikalıların bu məsələni hər bir yolla danmaları onların ümumi fikir qarşısında özlərini əsaslandırmaq üzrə səy göstərmələri deməkdir.

Teqlər