İran və Rusiya əlaqələri bütün istiqamətlər üzrə genişləndirmək istəyirlər
https://azeri.sahartv.ir/news/İran-i329060-İran_və_rusiya_əlaqələri_bütün_istiqamətlər_üzrə_genişləndirmək_istəyirlər
İran və Rusiyanın enerji nazirləri Tehran və Moskvanın iki ölkə əlaqələrini bütün sahələr üzrə genişləndirmək və möhkəmləndirmək niyyətində olduğunu deyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2018 07:08 Asia/Baku
  • İran və Rusiya əlaqələri bütün istiqamətlər üzrə genişləndirmək istəyirlər

İran və Rusiyanın enerji nazirləri Tehran və Moskvanın iki ölkə əlaqələrini bütün sahələr üzrə genişləndirmək və möhkəmləndirmək niyyətində olduğunu deyiblər.

İRNA-nın məlumatına görə, İranın enerji naziri Rza Ərdəkani ilə Rusiyanın enerji naziri Aleksandr Novak arasında baş tutan görüşdə tərəflər iki ölkə əlaqələrinin inkişaf perspektivini araşdırıblar. 

Çərşənbə günü baş tutan bu görüşdə Ərdəkani və Novak mövcud maneələrin aradan qaldırılması və əlaqələrin genişləndirilməsi yollarını da araşdırıblar. Bu görüşdə iki ölkə arasında 15-ci birgə komissiyanın iclasına dair də fikir mübadiləsi aparılıb. 

Rusiyanın enerji naziri Aleksandr Novakın dediyinə görə, İran və Rusiya arasındakı əməkdaşlıqlar inkişaf proqramına tam uyğun formada aparılır və son illərdə iki ölkə arasında təqribən 50 əməkdaşlıq sənədi imzalanıb. 

Moskvada səfərdə olan İranın enerji naziri Rza Ərdəkaniyan bu görüşdən öncə Rusiyanın Şimali Qafqaz məsələləri üzrə naziri Sergey Çebotarev ilə də görüşüb, danışıqlar aparıb. 

S.Çebotarev bu görüşdə İran ilə əməkdaşlığı Moskvanın xarici siyasətinin əsas prinsiplərindən adlandırıb və deyib: Qərb ölkələri tərəfindən İran və Rusiya əleyhinə atılan qeyri-konstruktuv addımlar iki ölkə arasında əlaqələrin inkişafına mane olmamalıdır.