Ərdakanian: İran və Rusiya sanksiyalardan fürsət yaradırlar
https://azeri.sahartv.ir/news/İran-i329161-Ərdakanian_İran_və_rusiya_sanksiyalardan_fürsət_yaradırlar
İranın enegetika naziri deyib ki, Amerikanın İrana və Rusiyaya qarşı sanksiyaları ikitərəfli əməkdaşlıqların genişləndirilməsi üçün özünəməxsus fürsətlərə çevrilə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2018 10:04 Asia/Baku
  • Ərdakanian: İran və Rusiya sanksiyalardan fürsət yaradırlar

İranın enegetika naziri deyib ki, Amerikanın İrana və Rusiyaya qarşı sanksiyaları ikitərəfli əməkdaşlıqların genişləndirilməsi üçün özünəməxsus fürsətlərə çevrilə bilər.

İranın enegetika naziri Reza Ərdəkanian bu gün Rusiyanı tərk etməzdən öncə müxbirlərə sonra belə deyib: İran və Rusiya başçılarının həmkarlığı genişləndirmək üzrə əzmkarlıqlarına əsasən, həmçinin son dərəcə yaxşı insan və təbii ehtiyatlara söykənməklə Amerikanın sanksiyalarından bir fürsət kimi bəhrələnmək olar.

Ərdakanian habelə iki ölkənin birgə əməkdaşlıq komissiyası iclasının keçirilməsi tarixi barədə İran-Rusiya razılaşmasına işarə edərək, deyib ki, iki ölkənin birgə əməkdaşlıq komissiyasının 15-ci iclası fevralın ikinci yarısında Tehranda keçiriləcək.

İranın enegetika naziri Reza Ərdəkanian Rusiya enegetika nazirinin dəvəti ilə çərşənbə günü Moskvaya daxil olub. O, Rusiyaya ikigünlük səfəri zamanı rus rəsmilər ilə iki ölkənin müxtəlif sahələrdəki razılaşmalarını araşdırıb.