İnqilab Rəhbərinin ümumölkə namaz konfransına müraciəti
İslam İnqilabının Böyük Rəhbəri 24-cü ümumölkə namaz konfransına müraciətdə bu konfransı namaz fərizəsi qarşısında haqqın yerinə yetirilməsi nişanəsi adlandırıblar.
24-cü ümumölkə namaz konfransı bu gün Semnanda işə başlayıb.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin bu gün Vəliyye Fəqihin İranın Semnan vilayətindəki nümayəndəsi Seyid Mohəmməd Şahçeraği tərəfindən qiraət olunan müraciətində deyilir: Hər il keçirilən namaz konfransı bir tərəfdən, bütün digər əməllər və fərizələrə ruh bəxş və onları səmərəli edə bilən fərizənin qarşısında haqqın yerinə yetirilməsi nişanəsidir, digər tərəfdən də bu ilahi hədiyyənin haqqını bilməyən və onda səhlənkarlıq edən kəslərə böyük bir xidmətdir.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Namaz təvazökarlıqla qılınarkən cəmiyyəti dildə və əməldə düzgün yola sövq etdirir və yüksəldir.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Bizim problemlərimiz və qurşanmalarımızın mühüm hissəsi bu xəbərdarlıqedici həqiqətə diqqət yetirməmək nəticəsində yaranır.
O həzrət deyiblər: Bu üzdən, namazın bütün təsirli yollarla yayılması hamının ciddi-cəhd göstərməli olduğu böyük vəzifələr sırasında durur.