Zəngənə: İran OPEK-in istehsal həcminə dair qərarlarından istisna edilməlidir
https://azeri.sahartv.ir/news/İran-i329476-zəngənə_İran_opek_in_istehsal_həcminə_dair_qərarlarından_istisna_edilməlidir
İranın neft naziri deyib: İran daim OPEK və onun neft bazarında sabitliyin yaradılmasına köklənmiş mövqeyini dəstəkləyib. Amma, sanksiyalar ilə üz-üzə olduğu müddət ərzində neft istehsalının həcminə dair heç bir anlaşmada iştirak etməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2018 11:46 Asia/Baku
  • Zəngənə: İran OPEK-in istehsal həcminə dair qərarlarından istisna edilməlidir

İranın neft naziri deyib: İran daim OPEK və onun neft bazarında sabitliyin yaradılmasına köklənmiş mövqeyini dəstəkləyib. Amma, sanksiyalar ilə üz-üzə olduğu müddət ərzində neft istehsalının həcminə dair heç bir anlaşmada iştirak etməyəcək.

Bijən Namdar Zəngənə çərşənbə günü Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) 175-ci iclasında iştirak etmək üçün Vyanaya daxil olduqdan sonra jurnalistlər qarşısında deyib: Neft istehsalının həcminin azaldılmasına dair bir çox təkliflər var. Amma, İran neft  həcminin azaldılmasına dair istənilən qərardan istisna edilməlidir.

İranın neft naziri hər bir barel neft üçün uyğun qiymətin 60-70 dollar olduğunu bildirib və deyib: İranın neft istehsalının həcmi, onun ixracı və ümumiyyətlə Amerikaya İrana qarşı təzyiqlərini artırmaqda kömək edəcək istənilən mövzuda səssiz qalacaq.

İranın neft naziri ABŞ-ın OPEK-ə üzvlük məsələsinə gəlincə deyib: OPEK müstəqil bir təşkilatdır. ABŞ-ın Energetika Nazirliyinin tabeliyində olan bir qrum deyil ki, Vaşinqtonun göstərişlərini icra etsin.

İranın neft naziri Rusiyanın energetika naziri Aleksandr Novak ilə görüş etimalı haqda da deyib: Bu görüş iki ölkə arasında fikir mübadiləsi aparmaq üçün bir fürsət olacaq.

OPEK-in 175-ci iclası bu gün cümə axşamı Vyanada işə başlayacaq.