Bu gün Tehranda 6 ölkənin parlament sədrlərinin iclası keçirilir
https://azeri.sahartv.ir/news/İran-i329622-bu_gün_tehranda_6_ölkənin_parlament_sədrlərinin_iclası_keçirilir
İran, Əfqanıstan, Pakistan, Türkiyə, Çin və Rusiyanın parlament sədrlərinin 2-ci iclası bu gün Tehranda keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2018 06:31 Asia/Baku
  • Tehranda 6 ölkənin parlament sədrlərinin iclası keçirilir
    Tehranda 6 ölkənin parlament sədrlərinin iclası keçirilir

İran, Əfqanıstan, Pakistan, Türkiyə, Çin və Rusiyanın parlament sədrlərinin 2-ci iclası bu gün Tehranda keçirilir.

İRİB-in verdiyi məlumata görə, İslami Şura Məclisinin sədri Əli Laricani və İİR prezidenti Həsən Ruhani eləcə də konfransda iştirak edən parlament sədrləri iclasda çıxış edəcəklər. 

İclasın gündəmini terrorizm ilə mübarizədə keçmiş təcrübə və hazırkı strategiyalar, yeni təsirli regional strategiyanın tətbiqi, əlaqələri genişləndirlməsi və regionlar arası əməkdaşlıqların gücləndirilməsi, regionda ətraflı sülh və inkişafın təmin edilməsi kimi mövzular təşkil edəcək.

Altı ölkənin parlament sədrlərinin ilk iclası Pakistanda keçirilmişdi.