İran prezidenti: İranın neft ixracatı ABŞ-ın sanksiyalarından sonra da davam edir
İran İslam Respublikası prezidenti deyib: İranın neft ixracatı ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsinin qüvvəyə minməsindən sonra da davam edir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı üçlü qüvvə başçılarının iclasının başa çatmasından sonra, iclasın nəticələri haqda verdiyi açıqlamada dedi: ABŞ-ın İran iqtisadiyyatında qarışıqlıq müşahidə etmək istəməsinə rəğmən, 4 noyabrdan sonra xalq və iqtisadiyyat sahəsində fəaliyyət göstərənlər şəraiti ABŞ-ın zərərinə dəyişməyi bacardılar.
İran İslam Respublikası prezidenti Həsən Ruhani daha sonra deyib: Ötən 8 ayda neft ixracatında yaxşı inkişafın şahidi olmuşuq və təqribən 13%-dən çox irəliləyişin şahidiyik.
Ruhani Amerikalıların İrana qarşı neft sanksiyalarında uğursuz qaldıqlarını deyərək, əlavə edib: Amerikalılar OPEK iclasında neft istehsalı həcminin azaldılmamasına çalışdılar. Amma, üzv ölkələrin qərarı əsasında neft istehsalı həcmi azaldıldı.