İran, Rusiya və Türkiyənin XİN rəhbərlərinin birgə bəyanatı
İran İslam Respublikası, Rusiya və Türkiyənin xarici işlər nazirləri dünən Cenevrə iclasında müştərək bəyanat yayaraq Suriyanın müstəqilliyi və ərazi bütövlüyünə təkid ediblər.
İİR XİN başçısı Məhəmməd Cavaz Zərif, Rusiya XİN başçısı Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Astana müzakirələrinin təminatçıları olaraq dünən Cenevrədə Birləşmiş Millətlər Təşkilatının baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Misturanın iştirakı ilə üçtərəfli iclas keçiriblər.
Bu iclasda üç ölkənin XİN başçıları Konstitusiya komitəsinin tərkibi barədə suriyalı tərəflərlə müzakirələrin müsbət nəticələrini təqdim ediblər.
Bu üç ölkə həmçinin suriyalı tərəflər və BMT-nin Suriya üzrə nümayəndəsi arasında qarşılıqlı əməkdaşlıqlar yolu ilə konstitusiya komitəsinin fəaliyyətinin başlamasının asanlaşdırılmasında öz iradələrini vurğulayıblar və bu komitənin effektli və davamlı fəaliyətinə təminat verəcək fəaliyyət mexanizminin hazırlanacağını vurğulayıblar.
Konstitusiya komitəsinin fəaliyyəti konstruktiv iştirak və sülh atmosferində, üzvlər arasında ümumi razılığın əldə olunması məqsədi ilə həyata keçirilməlidir və onun nəticələri Suriya xalqının maksimum dəstəyini ala bilməlidir.
İclas iştirakçıları həmçinin konstitusiya komitəsinin ilk iclasının yeni milad ilinin əvvəllərində keçirilməsi üçün səy göstərəcəklərini razılaşdırıblar.