İran prezidenti İndoneziyaya başsağlığı verdi
Dek 24, 2018 12:56 Asia/Baku
İran İslam Respublikası prezidenti İndoneziyada sunami nəticəsində yüzlərlə insanın ölməsi və yaralanmasına görə bu ölkə hökuməti və xalqına başsağlığı verib.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün İndoneziya prezidenti Coko Vidodo-ya ünvanlanmış başsağlığı müraciətində sunami nəticəsində yüzlərlə nəfərin ölməsi və yaralanmasına görə təəssüfləndiyini bildirib.
Ruhani hadisə qurbanlarının yaxınlarına səbr və dözümlülük diləyib.
Bazar günü İndoneziyanın Sunda körfəzi sahilləri güclü sunamiyə məruz qalıb. Nəticədə indiyə kimi 280 nəfərin öldüyü, 57 nəfərin isə itkin düşdüyü bildirilir.