Dek 28, 2018 10:18 Asia/Baku
  • Qasemi: Trampın Bağdada səfəri İraqın suverenliyinə hörmətsizlikdir

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidenti Donald Trampın İraqa diplomatik qayda-qanunlardan kənar səfərini bu ölkənin suverenliyinə hörmətsizlik adlandırıb.

Bəhram Qasemi bildirib ki, region xalqları və dövlətləri heç vaxt təcavüzkar əcnəbilərə region ölkələri arasında təfriqə salmaq üçün sui-istifadə icazəsi verməyəcəklər.

O, sonra deyib: Məhz region xalqları Amerikanın və sionist rejimin himayəsi altında olan terrorçuları yatıra bildilər.

Qasemi söyləyib: Qısa müddət ərzində region ölkələri başa düşəcəklər ki, regionun sabiltiyi və təhlükəsizliyi yalnız öz daxili, regional və beynəlxalq mənbələri və imkanlarına söykənməklə müyəssər olacaq və əcnəbi qüvvələr də gec-tez regionu tərk etməyə məcbur olacaqlar.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Yaxşı olardı ki, Tramp öz prezidentlik dövrünün başlanmasından bu günədək dünyada və Asiyanın qərb bölgəsində baş vermiş hadisələri ciddi və hərtərəfli şəkildə nəzərdən keçirsin. O, əlavə edib: Bəlkə bu yeni baxış spektrində o, ibrət dərsi almış olsun .

ABŞ prezidenti Donald Tramp çərşənbə günü gecə elan olunmamış bir səfərdə və qaranlıqda İraqın qərbində yerləşən "Əynuləsəd" hava bazasına daxil olub.

Trampın İraqa səfəri üç saat sürüb və o, iraqlı rəsmilərlə görüşmədən bu ölkəni tərk edibdir.

Teqlər