Dek 31, 2018 11:10 Asia/Baku
  • Zərif İranın İngiltərədən olan tələbinin alınması vacibliyini vurğulayıb
    Zərif İranın İngiltərədən olan tələbinin alınması vacibliyini vurğulayıb

İran İslam Respublikasının xarici işlər naziri dünən deyib ki, ingilislər qırx ildir, İran xalqının pulunun ödənişində geri qalırlar. O, vurğulayıb ki, Londonun İran xalqının tələbini ödəməkdən savayı bir çarəsi yoxdur.

Məhəmməd Cavad Zərif Tehranda çıxan "Həmşəhri" qəzeti ilə müsahibədə İranın İngiltərədən olan təqribən 450 milyon funt sterlinqlik tələbi barədə belə əlavə edib: Tehran bu tələbin ödənişi barədə ingilislərlə müzakirələr aparıbdır.

İran İslam Respublikasının xarici işlər naziri bu işin məhkəmə etaplarını keçdiyini bildirərək deyibdir ki, İran həmin mərhələlərdə yaxşı nəticələr əldə edibdir.

İngiltərənin İrana 450 milyon funt sterlinqlik borcu 1974 və 1976-cı illərdə İrana 1500 ədəd "Çiften" tankı və 250 ədəd zirehli avtomobil satışı üzrə müqavilə ilə bağlıdır ki, İran İslam İnqilabından və Qərbin İrana qarşı zalımcasına sanksiyasının tətbiqindən sonra həyata keçməyibdir.

Beynəlxalq Haaqa məhkəməsi ingilis tərəfi borcu və həmin məsələdən irəli gələn xəsarətləri ödəməyə məhkum edibdir.

Teqlər