Qasemi: Avropa ölkələri terrorizm ilə mübarizədə sədaqətli deyillər
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Avropa Birliyinin heç bir dəlil və sübuta əsaslanmayan ittihamları əsas tutaraq bir neçə İran vətəndaşına qarşı sanksiyalar tətbiq etməsini təəccüb doğuran və məntiqsiz hərəkət adlandıraraq, Avropa Birliyinin bu hərəkətini tənqid edib.
Avropa Birliyi 2016-cı ildən qüvvəyə minən nüvə anlaşmasını qorumağa çalışdığını iddia etdiyi bir halda çərşənbə axşamı İrana sanksiyalar tətbiq edib. Bu sanksiyalar Danimarkanın İrana qarşı irəli sürdüyü əsassız iddialara əsaslanır.
Danimarka 30 oktyabr 2018-ci il tarixində heç bir dəlil və sübut təqdim etmədən İranı Danimarka ərazisində terror aktı planlaşdırmaqda ittiham etdi. İran İslam Respublikasıisə Danimarkanın bu iddiasını təkzib etdi.
İsrail rejiminin başnaziri Benyamin Netanyahu isə bu rejimin Danimarkanın İrana qarşı saxta ittihamlar irəli sürməsində başlıca rola malik olduğunu etiraf edib.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin bildirdiyinə görə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi çərşənbə günü Avropa Birliyinin İrana qarşı sanksiyalar tətbiq etməsinə işarə edərək, bunu Avropa ölkələrinin terrorizm ilə mübarizədə sədaqətli olmamalarının nişanəsi adlandırıb və deyib: Avropa Birliyi münafiqlər qruplaşması və Əl-Əhvaziyə kimi terror qruplaşmalarının adlarını terrorçu qruplar siyahısına daxil etmək yerinə, onları himayə edir.
Qasımi əlavə edib: İran İslam Respublikası regionda terrorizm ilə mübarizənin bayraqdarıdır və Avropa öz təhlükəsizliyini İrana borcludur.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: İran İslam Respublikası Avropa Birliyinin bu hərəkətinə cavab olaraq lazımi tədbirlər görəcək.