İran dünya ilə sivil anlaşmaya təkid etdi
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü münasibəti ilə bir bəyanat yayaraq, bildirib: Heç bir hegemonçuluğu qəbul etmədən və hegemonçu niyyətə malik olmadan dünya ilə sivil və çoxşaxəli əlaqələrin genişləndirilməsi, izzət ilə yanaşı olan münasibətlərin qurulması və qarşılıqlı hörmətə əsaslanan anlaşma İranın əsas strategiyasıdır.
İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Heç bir hegemonçuluğu qəbul etmədən və hegemonçu niyyətə malik olmadan dünya ilə sivil və çoxşaxəli əlaqələrin genişləndirilməsi, izzət ilə yanaşı olan münasibətlərin qurulması və qarşılıqlı hörmətə əsaslanan anlaşma İranın əsas strategiyası olaraq İslam İnqilabının qələbə çaldığı ilk gündən xarici siyasətdə elan olunmuş və əməl edilmiş bütün qərarların sərlövhəsi olub və bu millətin Xarici İşlər Nazirliyindəki övladları indi də xarici siyasətin ön cəbhəsindəki əsgərlər kimi inqilabçı ruhiyyə ilə bu prinsipə sadiqdirlər.