Laricani: İran və Yaponiya daha iri addımlar atmalıdırlar
İran İslam Şurası Məclisinin sədri Tokioda Yaponiyanın Müşavirlər Məclisinin sədri və bir qrup üzvü ilə görüşdə İran və Yaponiya əməkdaşlıqların genişləndirilməsi yolunda iri addımlar atmalıdırlar.
İRNA-nın məlumatına görə, Əli Laricani çərşənbə axşamı baş tutan bu görüşdə həmçinin dedi: İran və Yaponiya əlaqələri qədim köklərə malikdir və hazırda iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından 90 il sonra, dost münasibətlər mövcuddur.
İran İslam Şurası Məclisinin sədri əlavə edib: Bəzi ölkələr bu əlaqələrə zərbə vurmağa çalışa bilərlər. Amma, buna icazə verilməməlidir.
Yaponiyanın Müşavirlər Məclisinin sədri Cuayçi Dane də bu görüşdə İranın qədim sivilizasiyaya malik ölkə olduğunu xatırladaraq, dedi: İran Yaponiya ilə qədim əlaqələrə malikdir və Yaponiyanın baş naziri ilə İran prezidenti arasındakı son görüşün ardınca iki ölkə əlaqələri daha da inkişaf edib.
O həmçinin dedi: Yaponiya nüvə anlaşmasını dəstəkləyir.