"Vilayət-97" dəniz manevrində "Qədir" tipli sualtı qayıqdan "Kruz" raketinin uğurlu atışı
"Vilayət-97" dəniz manevrinin üçüncü günündə "Qədir" tipli sualtı qayıq quru əleyhinə "Kruz" raketi atıb.
“Vilayət-97” hərbi dəniz təlimlərinin sözçüsü kontr-admiral Həmzə Əli Kavyani bu gün deyib: Torpedaların əməliyyat radiusunun məhdud olmasına və raketin atılması zamanı sualtı qayığın məkanının aşkar edilməsi ehtimalına görə, gənc iranlı mütəxəssislərin cihadi səyləri və təşəbbüsləri ilə ilk dəfə olaraq, dənizin dərinliyindən "Kruz" raketi hədəfə doğru atılıb.
Kontr-admiral Kavyani əlavə edib: Bu ixtira edilmiş metodda sualtı qayığın mövqeyi və atış məkanı aşkar edilmədən düşmən bölmələri hədəfə alınır.
“Vilayət-97” hərbi dəniz təlimlərinin sözçüsü söyləyib: İran İslam Respublikası ordusunun dəniz qoşunlarında mövcud olan digər sualtı qayıqlar, o sıradan "Tariq" tipli ağır sualtı qayıqlar və tamamilə İran məhsulu olan "Fateh" sualtı qayığı da bu qabiliyyətə malikdirlər.
Dünən də “Vilayət-97” hərbi dəniz təlimlərində hava-dəniz bölməsinin hoverkraftları müxtəlif əməliyyat məntəqələrində qüvvələrin sürətlə daşınması kimi öz əsas tapşırıqlarını yerinə yetirməyin kənarında dəniz-dəniz tipli "Kruz" raketi atıblar.
Bu raket uzaq məsafədə yerləşən nəzərdə tutulan hədəfə dəyə bilibdir.