Okt 06, 2025 14:38 Asia/Baku
  • Əməliyyatların azaldılması iddialarına baxmayaraq, Qəzzəyə qarşı genişmiqyaslı hücumlar davam edir

Sionist rejim mediası Qəzzə zolağına hərbi əməliyyatların dayandırılması ilə bağlı məlumat yaysa da, rejimin ordusu bu bölgənin müxtəlif hissələrinə hava və artilleriya zərbələrini davam etdirir. Son iki gündə 94 fələstinli şəhid olub

Sionist rejim radiosunun Qəzzə zolağında hərbi əməliyyatların azaldılması üçün siyasi əmr verildiyini iddia etməsinə baxmayaraq, sahədəki reallıqlar bu bölgəyə qarşı hücumların davam etdiyini və hətta daha da şiddətləndiyini göstərir

Şənbə günü səhər saatlarında sionist rejimin ordusu Qəzzə şəhərinin qərb hissəsini güclü hava hücumlarına və partlayışlara məruz qoydu. Eyni zamanda rejimin artilleriyası Qəzzə zolağının mərkəzində yerləşən Nuseyrat və Bureyc düşərgələrini intensiv atəşə tutub

Qəzzənin cənubunda yerləşən Xan Yunis şəhəri də şiddətli hava bombardmanlarına məruz qalıb

Qəzzədə hökumətin media ofisi bildirib ki, son 48 saat ərzində bu hücumlar nəticəsində 94 fələstinli şəhid olub, onlardan 61 nəfəri yalnız Qəzzə şəhərində şəhid edilib. Şəhidlər arasında çoxlu sayda qadın və uşaq da var

Eyni mənbənin məlumatına görə, işğalçı ordu mülki insanların və məcburi köçkünlərin yaşadığı ərazilərə 131-dən çox hava hücumu həyata keçirib. Bu hücumlar beynəlxalq ictimaiyyətin bombardmanların dərhal dayandırılması və mülki insanların hüquqlarının qorunması çağırışlarına baxmayaraq baş verir və  Təl-Əviv təcavüzkar və insanlıqdan uzaq siyasətini davam etdirir