Okt 06, 2025 14:47 Asia/Baku
  • İran XİN Qəzzədə atəşkəs planı ilə bağlı bəyanat yaydı

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qəzzə zolağında atəşkəslə bağlı irəli sürülən təşəbbüslərə dair bəyanat yayaraq, bildirib: "İran etnik təmizləmənin, müharibə və insanlıq əleyhinə cinayətlərin dayandırılmasına, eləcə də Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun təmin olunmasına yönəlmiş bütün təşəbbüsləri daim dəstəkləyib".

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "İran Xarici İşlər Nazirliyi, BMT-nin 1948-ci il tarixli "Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyası"na uyğun olaraq, beynəlxalq ictimaiyyətin Qəzzədə davam edən soyqırımın qarşısını almaqda hüquqi və mənəvi məsuliyyətini xatırladır, Həmçinin, hər bir dövlətin, Fələstin xalqının qanuni və legitim mübarizəsinə, öz müqəddəratını təyin etməsinə, işğal, aparteid və müstəmləkəçilikdən azad olmasına yardım etməkdə məsuliyyət daşıdığı bildirilir.

İran Qəzzədə etnik təmizləmənin, müharibə və insanlıq əleyhinə cinayətlərin dayandırılmasına, eləcə də Fələstin xalqının hüquqlarının bərpasına yönəlmiş istənilən təşəbbüsü dəstəkləyir".

Bəyanatda əlavə olunub: "İran bu planın təhlükəli ölçüləri və aspektlərini nəzərə alaraq, və xüsusilə də sionist rejimin əhdləri dəfələrlə pozuması və öz vədlərini yerinə yetirməkdə maneələr yaratması barədə bir daha xəbərdarlıq edərək, xüsusilə də bu rejimin genişlənmə və irqçi planları fonunda bu mövzuda hər hansı qərarı Fələstin xalqının və müqavimətinin səlahiyyətində hesab edir və onlar tərəfindən fələstinlilərin soyqırımına son qoyulması, sionist işğalçı ordusunun Qəzzədən çıxarılması, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət, humanitar yardımın daxil olması və Qəzzənin yenidən qurulmasına yönəlmiş iatənilən qərarını alqışlayır". 

"Qəzzədə cinayət və soyqırımın dayandırılması səlahiyyətli dövlətləri və müvafiq beynəlxalq qurumları sionist rejimin onilliklər boyu davam edən cəzasızlığına son qoymaq məqsədi ilə rejimin cinayətlərini qanuni və məhkəmə yolu ilə təqib etmək və Qəzzə zolağında müharibə cinayətləri, soyqırım və bəşəriyyətə qarşı cinayətlərin icraçıları və təşkilatçılarını müəyyən edib mühakimə etmək məsuliyyətindən azad etmir". 

İran İslam Respublikası məzlum Qəzzə xalqına humanitar yardımın dərhal çatdırılması üçün şəraitin təmin ediləcəyinə ümid etdiyini bildirməklə yanaşı, bu məsələdə iştirak etməyə hazır olduğunu bəyan edir", - deyə İran Xarici İşlər Nazirliyinin əyanatında qeyd olunub.