Fev 26, 2019 10:26 Asia/Baku
  • işlər naziri istefa verib
    işlər naziri istefa verib

İran İslam Respublikasının xarici işlər naziri öz vəzifəsindən kənara çəkilib.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə öz instaqram səhifəsində yazıb ki, vəzifəstindən istefa veribdir.

Zəriz instaqram səhifəsində sonra belə yazıb: Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mübarək mövludu, ana və qadın günü münasibətilə tərbik deyərək, İranın əziz xalqının və möhtərəm rəsmilərin ötən 67 aydakı böyüklüklərinə görə, son dərəcə minnətdaram.

Zərif əlavə edib: Xidməti davam etdirmək üzrə acizliyə və xidmət dövründəki bütün çatışmazlıqlara və səhlənkarlıqlara görə üzr diləyirəm.

İran Xarici İşlər Nazirliyi sözçüsünün müavini Seyyed Abbas Musəvi IRNA ilə müsahibədə Zərifin istefa xəbərini təsdiq edib.

Bununla belə, indiyədək Zərifin istefasının prezident tərəfindən qəbul olunmasına dair təsdiq olunmuş bir xəbər yayılmayıbdır.

Teqlər