Ruhani: İran İraq ilə əməkdaşlıqları genişləndirməyə hazırdır
İran İslam Respublikası prezidenti İran rəhbərliyi, hökuməti və parlamentinin iradəsinin İraq ilə qardaşcasına və yaxın münasibətlərə malik olmaq olduğuna işarə edərək, dedi: İraq və İranın təhlükəsizliyi və sabitliyi qarşılıqlı təsirlərə malikdirlər.
Həsən Ruhani çərşənbə günü axşam Gilan vilayətinə olan səfərinin kənarında və İraq Parlamentinin sədri Məhəmməd Hələbusi ilə görüşdə regionda sabitliyin bərqərar edilməsi, terrorizm ilə mübarizə və ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində birgə əməkdaşlıqlara təkid etdi.
İran İslam Respublikası prezidenti dedi: İraq rəsmilərinin İrana səfər etməsi xüsusilə iki ölkə parlamentləri arasındakı yaxın münasibətər iki ölkə xalqları arasındakı əlaqələrin möhkəmlənməsində faydalıdır.
Ruhani Tehranın Bağdad ilə əməkdaşlıqlarda heç bir məhdudiyyət tanımadığını da dedi: İki ölkə arasındakı tarixi əlaqələr, turistlər və zəvvarların qarşılıqlı səfərlərindəki sıxlıq mədəni baxımdan sıx bağların olduğuna dəlalət edir.
İran İslam Respublikası prezidenti həmçinin, dünyanın ən təhlükəli terrorçuları olan İŞİD terrorçuları üzərindəki qələbəsi, seçkilərin uğurlu keçirilməsi, yeni parlament və hökumətin təşkil edilməsi münasibətilə İraq xalqını təbrike tdi və dedi: İqtisadi və infrastruktur məsələlərdə iki ölkə arasındakı əməkdaşlıqların daha da artırılmasına hazırıq.
İraq Parlamentini sədri Məhəmməd Hələbusi də bu görüşdə İran İslam Respublikası ilə əlaqələrin genişləndirilməsini bir zərurət adlandırdı və dedi: İraq İran İslam Respublikasına qarşı sanksiyalar ilə müxalifdir.
İraq Parlamentinin sədri terrorizm ilə mübarizədə İraq xalqı və hökumətinə etdiyi yardımlara görə İran İslam Respublikasına təşəkkür etdi və dedi: İran və İraq arasındakı əlaqələrin genişləndirilməsi regionda sabitliyin bərqərarına kömək edir.