Ruhani: İran və İraq əlaqələri heç bir ölkə ilə müqayisə olunası deyil
https://azeri.sahartv.ir/news/İran-i336650-ruhani_İran_və_İraq_əlaqələri_heç_bir_ölkə_ilə_müqayisə_olunası_deyil
İran İslam Respublikası prezident ABŞ prezidentinin İraqa olan gizli səfərinə işarə edərək, dedi: İran və İraq əlaqələri ABŞ kimi işğalçı bir ölkə ilə müqayisə edilə bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2019 06:20 Asia/Baku
  • Ruhani: İran və İraq əlaqələri heç bir ölkə ilə müqayisə olunası deyil

İran İslam Respublikası prezident ABŞ prezidentinin İraqa olan gizli səfərinə işarə edərək, dedi: İran və İraq əlaqələri ABŞ kimi işğalçı bir ölkə ilə müqayisə edilə bilməz.

İran İslam Respublikası prezidenti Həsən Ruhani daha bu gün İraqa səfər etməzdən öncə jurnalitlər qarşısında verdiyi açıqlamada ABŞ-ın regionda sevilmədiyini deyərək, əlavə etdi: Amerikalıların bombaları İraq, Suriya və digər region xalqlarının başlarına yağdırılıb. Bunu unutmaq olmaz. 

Ruhani İranın region ölkələri xüsusilə İraq üçün qardaşlıq haqqının unudulmayacağını deyərək, dedi: Ümidvaram İraq səfəri hər iki ölkə xalqının xeyrinə olsun.

İran İslam Respublikası prezidenti bu gün səhər yüksək səviyyəli siyasi-iqtisadi heyətin başında Bağdada səfər etdi.