İran Əfqanıstanda seldən zərərçəkənlərin qəmi ilə bölüşüb
https://azeri.sahartv.ir/news/İran-i337805-İran_Əfqanıstanda_seldən_zərərçəkənlərin_qəmi_ilə_bölüşüb
Onlarla nəfərin həyatını itirməsi və bədən xəsarəti alması ilə nəticələnmiş Əfqanıstanda sel hadisəsinin ardınca İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran və Əfqanıstanın dövlətləri və xalqları çətinliklərdə və problemlərdə daima bir-birilərinin kənarında olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2019 03:54 Asia/Baku
  • İran Əfqanıstanda seldən zərərçəkənlərin qəmi ilə bölüşüb
    İran Əfqanıstanda seldən zərərçəkənlərin qəmi ilə bölüşüb

Onlarla nəfərin həyatını itirməsi və bədən xəsarəti alması ilə nəticələnmiş Əfqanıstanda sel hadisəsinin ardınca İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran və Əfqanıstanın dövlətləri və xalqları çətinliklərdə və problemlərdə daima bir-birilərinin kənarında olublar.

Bəhram Qasemi deyib: Əfqanıstanın müxtəlif şəhər və məntəqələrində sel və daşqından irəli gələn insani və maliyyə xəsarətləri İranın dövləti və xalqının təəssüfünə səbəb olub.

Əfqanıstanda seldən zərərçəkənlərin və həlak olanların ailələrinin qəmi ilə bölüşən Qasemi deyib: İran və Əfqanıstanın müxtəlif məntəqələrinin üzləşdikləri son sel hadisələrində hər iki ölkənin dövlətləri və xalqları həmişə olduğu kimi bir-birilərinin kənarındadırlar.

Ötən günlərdə Əfqanıstanın şimal və qərb əyalətlərində baş vermiş leysan yağışlarında və daşqınlarda onlarla nəfər ölüb və ya bədən xəsarəti alıb. Bundan başqa, dörd mindən çox yaşayış binası dağılıb, minlərlə baş, mal-qara da tələf olubdur.