Laricani Araz çayının ətraf mühitinin çirklənməsinə diqqətin vacibliyini vurğulayıb
Apr 08, 2019 13:50 Asia/Baku
-
Laricani Araz çayının ətraf mühitinin çirklənməsinə diqqətin vacibliyini vurğulayıb
İran İslam Şurası Məclisinin sədri Ermənistan parlamentinin sədri ilə görüşdə Araz çayının ətraf mühitinin çirklənməsinin aradan qaldırılmasına diqqətin vacibliyini vurğulayıb.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Ümumdünya Parlamentlərarası Birliyin Dohada keçirilən 140-cı iclasının kənarında Ermənistan parlamentinin sədri Ararat Mirzoyan ilə görüşdə Araz çayının çirklənməsi məsələsinə işarə edərək, əlavə edib: Bu məsələ insan və ətraf mühit mövzusu olaraq, Ermənistanın hökuməti və ekologoya bölməsinin diqqət mərkəzində durmalıdır ki, İran və Ermənistan üçün problem yaratmış olmasın.
Teqlər