Apr 09, 2019 13:50 Asia/Baku
  • Ruhani: ABŞ Sepah-ı terrorçu adlandırmaqla məğlubiyyətinin əvəzini çıxmaq istəyir
    Ruhani: ABŞ Sepah-ı terrorçu adlandırmaqla məğlubiyyətinin əvəzini çıxmaq istəyir

İran İslam Respublikası prezidenti İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın regionda terrorçuların kökünü kəsdiyini deyərək, bildirdi: Dünya imperializmi və Amerika İran xalqı qarşısındakı məğlubiyyətlərinin acığını İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ı terrorçu elan etməklə çıxmaq istəyir.

Həsən Ruhani çərşənbə axşamı Milli Nüvə Texnologiyası günü mərasimində etdiyi çıxışda bu gündən etibarən Sepah-ın İran xalqı və region xalqları tərəfindən daha artıq seviləcəyini deyərək, bildirdi: İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah ABŞ və sionistləri qəzəbləndirib. Çünki, davamlı olaraq region xalqlarının kənarında olaraq müqavimətin böyük bayraqdarına çevrilib.

Həsən Ruhani İran xalqını dünyada terrorizmin ən böyük qurbanı elan edərək, dedi: İran xalqı super güclər tərəfindən formalaşdırılan və istiqamətləndirilən terrorizmin qurbanıdır.

Ruhani həmçinin, İran İslam Respublikasının İraq və Suriyada terrorizm ilə mübarizədə bu ölkə xalqlarının rəsmi dəvəti əsasında məsləhətçi qismində iştiraka malik olduğuna işarə edərək, dedi: Regiondakı terrorçular ABŞ tərəfindən himayə olunurlar. ABŞ bu gün də İŞİD-ə qarşı savaşmaq istəmir və bu terrorçu dəstənin başçılarına sığınacaq verir.

İran prezidenti ABŞ başçılarına xitabən dedi: Amerika dünyanın inqilabçı qrumlarını terrorçu elan edir. Halbuki, dünyadakı bütün terrorçu qrupların başında elə ABŞ-ın özü dayanır.

İran İslam Respublikası prezidenti çıxışının davamında sanksiyaların İran xalqının inkişafına mane ola bilməyəcəyini deyərək, əlavə etdi: İran xalqı sanksiyalara rəğmən elə silahlara və elə raketlərə yiyələnib ki, ABŞ rəsmiləri hətta, ağıllarına belə gətirə bilmirlər.

Teqlər