Fəlahətpişe: Müstəqil ölkələrin əməkdaşlığı ABŞ-ın qeyri-qanuni rəftarlarını durdura bilər
https://azeri.sahartv.ir/news/İran-i338621-fəlahətpişe_müstəqil_ölkələrin_əməkdaşlığı_abŞ_ın_qeyri_qanuni_rəftarlarını_durdura_bilər
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri dedi: Müstəqil ölkələrin bir-biriləri ilə əməkdaşlıq etmələri və ABŞ-ın zorakılıqları qarşısında vahid mövqedən çıxış etmələri bu ölkənin qeyri-qanuni rəftarlarına və təhdidlərinə son qoya bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2019 08:41 Asia/Baku
  • Fəlahətpişe: Müstəqil ölkələrin əməkdaşlığı ABŞ-ın qeyri-qanuni rəftarlarını durdura bilər
    Fəlahətpişe: Müstəqil ölkələrin əməkdaşlığı ABŞ-ın qeyri-qanuni rəftarlarını durdura bilər

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri dedi: Müstəqil ölkələrin bir-biriləri ilə əməkdaşlıq etmələri və ABŞ-ın zorakılıqları qarşısında vahid mövqedən çıxış etmələri bu ölkənin qeyri-qanuni rəftarlarına və təhdidlərinə son qoya bilər.

İRİB-nin bildirdiyinə görə, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Heşmətullah Fəlahətpişə Moskvada Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Leonid Slotski ilə görüşdə siyasi-təhlükəsizlik əməkdaşlıqlarının möhkəmləndirilməsinə təkid edərək, dedi: İran və Rusiyanın siyasi rəsmiləri və parlament üzvləri arasındakı davamlı məsləhətləşmələr və danışıqlar regionda sülh, sabitlik və təhlükəsizliyə kömək edə bilər.

Fəlahətpişə Tehran və Moskvanın Suriya böhranındakı əməkdaşlıqlarını digər sahələr üzrə əməkdaşlıqlar üçün də münasib nümunə adlandırdı.

İran İslam Şurası Məclisinin  Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri ABŞ-ın regionda terrorizmi himayə üzrə yanlış siyasətini tənqid edərək, dedi: ABŞ-ın yanlış qərarları regionda terrorizmin genişlənməsinə səbəb olub.