ABŞ rəsmiləri İran xarici işlər nazirinin Foks-Nyus-la müsahibəsindən qəzəbləniblər
-
ABŞ rəsmiləri İran xarici işlər nazirinin Foks-Nyus-la müsahibəsindən qəzəbləniblər
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Foks-Nyus kanalı ilə müsahibəsinin yayılmasından sonra amerikalı rəsmilər onun sözlərinə hiddətli və zəif mövqedən edilən reaksiyalar veriblər.
ABŞ dövlət departamentinin sözçüsü Morqan Ortaqus İran xarici işlər nazirinin media müsahibələrinə reaksiyada bir twitt-də, Amerikada yerləşən sosial şəbəkələrin müxtəlif bəhanələrlə iranlı istifadəçilərin hesablarını bağladıqları bir halda, öz ölkəsində azadlıq iddiası edərək, yazıb ki, Zərif Amerikanın azadlıqlarından istifadə etmək üçün Nyu-Yorka gəlibdir.
Zərif bazar günü Foks-Nyus kanalından yayılan müsahibəsində bildiribdir ki, Ağ Ev-in milli təhlükəsizlik müşaviri Con Bolton, sionist rejim, ərəbistan və əmirliklər İran İslam Respublikası quruluşunu devirmək ardıncadırlar.
O, qeyd edib ki, B qrupu, yəni Bolton-Benyamin Netanyahu-bin Salman-bin Zaid Amerikanı İranla hərbi döyüş səmtinə sövq etdirməyə çalışır.