İran Rusiyanın hökuməti və xalqına başsağlığı verib
https://azeri.sahartv.ir/news/İran-i339972-İran_rusiyanın_hökuməti_və_xalqına_başsağlığı_verib
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyanın sərnişin təyyarəsinin yanması hadisəsilə bağlı bu ölkənin hökuməti və xalqına başsağlığı verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 06, 2019 15:08 Asia/Baku
  • İran Rusiyanın hökuməti və xalqına başsağlığı verib
    İran Rusiyanın hökuməti və xalqına başsağlığı verib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyanın sərnişin təyyarəsinin yanması hadisəsilə bağlı bu ölkənin hökuməti və xalqına başsağlığı verib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Musəvi bu gün Rusiyanın sərnişin təyyarəsinin yanması hadisəsilə bağlı təəssüf ifadə edərək, bu hadisə qurbanlarının ailələrinin kədəri ilə bölüşübdür.

Bu rus sərnişin təyyarəsi dünən axşam Moskvanın Şeremetyevo hava limanına fövqəladə eniş zamanı yanğına düçar olubdur. Bu hadisədə 41 nəfər həlak olub.

Hadisənin əsl səbəbi hələlik məlum deyildir.