May 11, 2019 11:01 Asia/Baku
  • İran nüvə anlaşmasında kifayət qədər təmkinli davranıb
    İran nüvə anlaşmasında kifayət qədər təmkinli davranıb

İran İslam Respublikası xarici işlər nazirinin müavini İranın nüvə anlaşma qarşısındakı bəzi öhdəliklərinin icrasını dayandırmasına işarə edərək, dedi: İran nüvə anlaşmasında kifayət qədər təmkinli davranıb. Amma, Avropa bu fürsətdən indiyə kimi istifadə etməyib.

İRNA-nın məlumatına görə, İran xarici işlər nazirinin müavini Abbas İraqçı İngiltərə Xarici İşlər Nazirliyinin baş siyasət idarəsinin müdiri Riçard Mor ilə görüşdə dedi: Avropa İranın nüvə anlaşması qarşısındakı öhdəliklərini mərhələli şəkildə azaltması məsələsinə əhəmiyyətsiz şey kimi yanaşmamalıdır. 

İraqçı həmçinin, nüvə anlaşmasında qalan ölkələrin öz öhdəliklərinə əməl etmələrinin vacibliyinə təkid edib və deyib: 60 gün ərzində Avropa tərəfinin xüsusilə neft və bank sektorlarında təsirli addımlar atması lazımdır. 

İngiltərənin baş nüvə müzakirəçisi Riçard Mor da Tehranda baş tutan bu görüşdə ölkəsinin nüvə anlaşması qarşısındakı öhdəliklərinə işarə edərək, Londonun Avropa ilə İran arasında xüsusi maliyyə mexanizminin işə salınmasına dair səylərindən xəbər verib və deyib: İngiltərə İranın istəklərinin təmin edilməsinə çalışacaq. 

İran 18 may 2019-cu il tarixində nüvə anlaşması qarşısındakı bəzi öhdəliklərinin icrasını dayandırdığını elan edərək, nüvə anlaşmasında qalan ölkələrə xüsusilə neft və bank sektorlarındakı öhdəliklərinə əməl etmələri üçün 60 günlük möhlət verib. Əks təqdirdə İran bir sıra məhdudiyyətlərin icrasını da dayandıracaq. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Qərb ölkələrinin nüvə anlaşmasının icrasında səhlənkarlığa yol verdiklərini deyərək, bildirdi: İran zənginləşdirilmiş uran ehtiyatını artırmağa və Ərak ağır su rekatorunu bərpa etməyə başlayacaq. Və əgər avropalılar 60 gün ərzində ABŞ-ın birtərəfli sanksiyalarından doğan zərər və ziyanların əvəzini çıxa bilməsələr, İran nüvə reaktorunun quraşdırılması əməliyyatını da bərpa edəcək. 

Teqlər