May 24, 2019 20:39 Asia/Baku
  • Zərif: Tramp nə tarix bilir, nə də iranlıları tanıyır

İranın xarici işlər naziri: ABŞ prezidentinin İran barədəki gülünc sözlərindən adın olur ki, onun nə tarixdən xəbəri var, nə də İran xalqını tanıyır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Pakistana səfəriin davamında İRNA-ya verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın İran xalqının terrorçu adlandırmasını gülünc hərəkət adlandırdı və dedi: Əgər terrorçu olan varsa, o da Trampın özüdür ki, iqtisadi terrora yol verib.

Zərif İranın daim terrorizm ilə mübarizədə ön cəbhədə olduğunu deyərək,  əlavə edib: İranın İraq və Suriya xalqını terrorizm qarşısında müdafiə etməsi bu ölkə xalqları tərəfindən yüksək qiymətləndirildi və bu hamının etiraf etdiyi bir gerçəklikdir.

İranın xarici işlər naziri həmçinin, Trampın ötən bir neçə gündə İranın sonunu görəcəyinə dair sərsəm fikirlərinə işarə edərək, dedi: İran min illərdir ki, var və bundan sonra da olacaq. ABŞ rəsmiləri isə yeni yaranmış bir ölkə rəsmiləri olaraq İran barədə belə danışa bilməzlər.

Teqlər