İnqilab Rəhbərinin müşaviri Livan Hizbullahının baş katibinə başsağlığı verib
İyun 07, 2019 13:35 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, bir müraciətdə bacısının vəfat etməsi münasibətilə Livan Hizbullahının baş katibinə başsağlığı veribdir.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bu gün bu müraciətdə mübarizə illəri boyunca müqavimət cəbhəsi və Livan Hizbullahı ilə yanaşı olmuş Livan Hizbullahının baş katibinin bacısının vəfatı münasibətilə başsağlığ verib və o mərhumə üçün ilahi rəhmət və və bağışlanma diləyibdir.
Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullahın bacısı Seyyidə Zəkiyyə Nəsrullah dünən vəfat edibdir.