İran və Rusiya prezidentləri bölgədə təhlükəsizliyin yaradılmasını vurğulayıblar
https://azeri.sahartv.ir/news/İran-i342416-İran_və_rusiya_prezidentləri_bölgədə_təhlükəsizliyin_yaradılmasını_vurğulayıblar
İran İslam Respublikası və Rusiya prezidentləri Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 19-cu sammitinin kənarında görüşüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2019 14:39 Asia/Baku
  • İran və Rusiya prezidentləri bölgədə təhlükəsizliyin yaradılmasını vurğulayıblar

İran İslam Respublikası və Rusiya prezidentləri Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 19-cu sammitinin kənarında görüşüblər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin bu görüşdə terrorizmlə mübarizə və bölgədə təhlükəsizliyin yaradılması məqsədilə Tehran-Moskva həmkarlıqlarının genişləndirilməsini vurğulayıblar.

İran İslam Respublikasının prezidenti bu görüşdən öncə Çin prezidenti Si Tszinpin ilə də görüşmüşdü.

İran İslam Respublikasının prezidenti Əfqanıstan prezidenti Mohəmməd Əşrəf Qəni ilə də görüşməlidir.

Şanxay Əməkdaşlıq Təşkilatının 19-cu sammiti bu gün Rusiya, Çin, Qazaxıstan, Tacikistan, Özbəkistan, Hindistan, Pakistan və İran daxil olmaqla on bir ölkənin dövlət başçılarının iştirakı ilə iki gün müddətinə Bişkek şəhərində işə başlayıb.