İyun 28, 2019 08:50 Asia/Baku
  • Tehranda 7 tir terror partlayışının ildönümü
    Tehranda 7 tir terror partlayışının ildönümü

Bu gün 1398-ci günəş ili tir ayının yeddisi, 2019-cu il iyun ayının 28-i, Tehranda İslam Respublikası Partiyasının ofisindəki terror partlayışının 38-ci ildönümü günüdür.

1360-cı günəş ili tir ayının yeddisi, 1981-ci il iyunun 27-də Tehranda İslam Respublikası Partiyasının akt zalında bomba partlayışı nəticəsində ölkənin ali məhkəməsinin sədri ayətullah Mohəmməd Hoseyni-Beheşti dördü- nazir, 12-si- nazir müavini və təqribən otuz nəfəri- məclis üzvü olmaqla İranın siyasi və dini şəxsiyyətlərindən 72 nəfərlə yanaşı münafiqlər terror qruplaşmasının ünsürləri tərəfindən şəhid edildi.

7 tir terror əməliyyatı İran İslam İnqilabının qələbəsindən sonrakı ilk illərdə münafiqlər terror qruplaşmasının törətdiyi cinayətlərdən təkcə biridir ki, Tehranın Əbuzər məscidində İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneiyə qarşı sui-qəsddən düz bir gün sonra baş verdi.

1981-ci və 1987-ci ilin iyununda, Amerikanın dəstəyi ilə İranda terror faciələri baş verdi ki, İslam İnqilabının Böyük Rəhbərinin tövsiyəsi ilə "Amerikan insan haqlarının ifşa edilməsi" adlı həftə planlaşdırıldı.

İraqın bəəs rejimi tərəfindən Sərdəşt kimyəvi bombardmanına, həmçinin 290 sərnişininin şəhid olduğu İranın sərnişin təyyrarəsinə amerikan hərbi gəmisi tərəfindən birbaşa şəkildə raketin atılmasına dəstək؟ Amerikanın İrana qarşı bəşəriyyətə zidd hərəkətlərindən digər birisidir.

Amerikanın İraqa hücumundan və Səddam rejiminin süqutundan sonra da terrorçu münafiqlər qaragüruhu Amerika və Avropanın himayəsi altında olmaqda davam etdi.

Teqlər