İyul 08, 2019 14:29 Asia/Baku
  • Cahangiri avropalılara: Hər bir səbrin bir dövrü var

İran İslam Respublikasının birinci vitse-prezidenti Tehranın nüvə anlaşması qarşısındakı strateji səbrinə işarə edərək, deyib: İran Amerikanın nüvə anlaşmasından çıxmasından sonra bir il ona əməl etdi, amma hər bir səbrin bir dövrü var.

İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cəhangiri bu gün bildirib ki, Amerikanın nüvə anlaşmasından çıxmasından sonra avropalı rəsmilər İrandan istədilər ki, bu anlaşmadan çıxmasın. O, əlavə edib: Ötən bir il ərzində nüvə anlaşmasındakı avropalı tərəflər özlərinin bu anlaşmadakı öhdəliklərinin yerinə yetirilməsi istiqamətində cüzi bir addım belə, atmadılar.

Cahangiri bildirib ki, avropalılar özlərinin nüvə anlaşmasındakı öhdəliklərinin yerinə yetirilməsi üçün yenə də İrandan möhlət istədilər. O, söyləyib: İran 14 aydır ki, avropalılara fürsət veribdir, amma bir halda ki, qarşı tərəflər nüvə anlaşmasındakı öhdəliklərinə sadiq deyillər, təbiidir ki, İran öz öhdəliklərində bir hissəsini kənara qoymuş olsun.

İran İslam Respublikasının birinci vitse-prezidenti bildirib ki, sədaqətsizliklər Tehranın nüvə anlaşması öhdəliklərinin azaldılmasının amilidirlər. O, əlavə edib: Nüvə anlaşması 26 və 36-cı maddələrə əsasən, İrana bu ixtiyarı verir ki, tərəflərin öz öhdəliklərinə sadiq qalmayacaqları təqdirdə, bəzi öhdəliklərini dayandıra və yerinə yetirməyə bilər.

Cahangiri belə bir halda vurğulayıb: İranın nüvə anlaşmasındakı öhdəliklərini azaltmaq istiqamətindəki addımları avropalıların öz öhdəliklərinə sadiq qalacaqları təqdirdə, geridönəsi olacaqdır.

İran bazar günü öz öhdəliklərini yerinə yetirmələri üçün avropalılara verdiyi 60 günlük möhlətin bitməsindən sonra İran zənginləşdirmənin 3,67 faizlik sərhədini keçmə prosesinə başlayıb.

İran həmçinin avropalılara xəbərdarlıq edibdir ki, əgər öz öhdəliklərini yerinə yetirməzlərsə, İran İslam Respublikası üçüncü addıımı daha möhkəm atacaqdır.

 

 

Teqlər