İraqçı: İran bir PUA itirməyibdir
İyul 19, 2019 13:49 Asia/Baku
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini ABŞ prezidentinin bir İran PUA-nın vurulmasına dair iddiasına cavab olaraq vurğulayıb ki, İran bir pilotsuz itirməyibdir.
ABŞ prezidenti Donald Tramp dünən iddia edibdir ki, Amerikanın "USS Boxer" hərbi gəmisi Hörmüz boğazı yaxınlığında ona yaxınlaşmış bir iranlı pilotsuzu vurubdur.
Trampın bu iddiası elə bir halda irəli sürülübdür ki, Amerika müdafiə nazirliyi- Pentaqon öz bəyanatında həmin pilotsuzun iranlı olmasına işarə etməyibdir.
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyyed Əbbas Eraqçı bu gün bu iddiaya reaksiyada öz şəxsi twitter səhifəsində əlavə edib: Bəlkə də Amerikanın "USS Boxer" hərbi gəmisi səhvən bir amerikan pilotsuzunu vurubdur.