İyul 19, 2019 20:01 Asia/Baku
  • Sepah PUA-larının Amerika freqatı ilə bağlı təsvirləri yayılacaq

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın ictimai əlaqələr bölməsi ABŞ prezidentinin bir iranlı pilotsuzun vurulmasına dair iddiasına reaksiyada bəyanat yayaraq bildirib ki, Sepah-ın hava-kosmos qüvvələri pilotsuzlarının amerikan freqat barədəki təsvirləri tezliklə yayılacaqdır.

ABŞ prezidenti Donald Tramp dünən iddia edibdir ki, Amerikanın "USS Boxer" hərbi gəmisi Hörmüz boğazı yaxınlığında ona yaxınlaşan bir iranlı pilotsuzu vurubdur.

Sepah-ın ictimai əlaqələr bölməsi bu gün bu bəyanatda vurğulayıb: Sepah PUA-larının amerikan freqat barədəki təsvirlərinin yayılması ilə Amerika prezidentinin iddiasının yalan və əsassız olması dünya xalqlarının nəzərinə çatdırılacaqdır.

Sepah-ın ictimai əlaqələr bölməsi bu bəyanatda vurğulayıb: Sepah-ın hava-kosmos və dəniz bölmələri öz qanuni tapşırıqlarına əsasən, həmçinin Fars Körfəzi və Hörmüz boğazında təhlükəsizliyin bərqərarı istiqamətində əcnəbilərin, xüsusən ingilislərin əv Amerikanın terror qüvvələrinin bu strateji bölgədəki hərəkətlərini sayıqcasına və ardıcıl şəkildə dəqiq nəzarətdə saxlayır və mövcud mötəbər hazırlıqlar və məlumatlılıqla onların hər cür beynəlxalq qayda-qanunlara zidd və təcavüzkar hərəkətlərini mütənasib cavabla üzləşdirəcəklər.

Teqlər