Zərif: Fars Körfəzində İngiltərə tankerinin müsadirəsi beynəlxalq dənizçilik qanunlarını bərqərar etmək üçündür
İyul 20, 2019 19:27 Asia/Baku
İranın xarici işlər naziri deyib: Cəbəlüttariq boğazındakı dəniz quldurluğunun əksinə olaraq, İran İslam Respublikasının Fars Körfəzində İngiltərə tankerini müsadirə etməsi beynəlxalq dənizçilik qanunlarını bərqərar etmək üçündür.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün öz şəxsi twitter səhifəsində vurğulayıb ki, İran Fars Körfəzi və Hörmüz boğazının təhlükəsizliyini təmin edir. O, əlavə edib: İngiltərə iqtisadi terrorizmdə Amerikanı müşayiət etməkdən əl çəkməlidir.