İyul 21, 2019 08:03 Asia/Baku
  • Zərif: Amerika bütün dünyada sülh və sabitliyi təhdid edir
    Zərif: Amerika bütün dünyada sülh və sabitliyi təhdid edir

İranın xarici işlər naziri deyib: Amerikanın yeni birtərəfli avantürist dalğası beynəlxalq səviyyədə qanun hakimiyyətini zəiflətməkdədir.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Venesuelanın paytaxtı Karakasda qoşulmama ölkələrinin xarici işlər nazirlərinin iclasında deyib: Azad ticarət, ətraf mühit, qanun aliliyi, beynəlxalq təşkilatlar və bundan artıq hallar daxil olmaqla bir çox sahələrdə beynəlxalq əməkdaşlıqlar misli görünməmiş tərzdə ziyan çəkməkdədir.

Amerikanın 21-ci əsrin ilk onilliyinin əvvəllərində işğalçılıqlar, rəhimsizliklər və amansız ekstremizmə şamil olan öncəki təkvektorluluq dalğasının faciəli nəticələrini xatırladan Zərif  Birləşmiş Ştatların yeni təkvektorluluq dalğası ilə mübarizəyə təkid edibdir.

Amerika Birləşmiş Ştatlarının müttəfiqlərindən bir çoxunun Ağ Ev-in onların daxili işlərinə müdaxiləsi kimi misli görünməmiş siyasətə məruz qaldıqlarını nəzərə çarpdıran İranın xarici işlər naziri əlavə edib: Amerika nüvə anlaşmasını aradan götürməyə səy göstərməklə nəinki BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozubdur, həm də özünü bu anlaşmada qalmağa borclu bilən ölkələri sanksiya edibdir.

İran İslam Respublikasının Amerikanın yeni təkvektorluluq təmayülləri qarşısında müqavimət cəbhəsinin ön xəttində yerləşdiyini bildirən Zərif əlavə edib: Amerikanın Venesuelanın daxili işlərinə, o cümlədən bu ilin aprel ayında hərbi çevriliş ilə bağlı səyləri qızışdırmaq yolu ilə qarışmaq üzrə biabırçı müdaxiləsi ABŞ-ın bədxahcasına rəftarının digər bir nümunəsidir.

"Amerikanın qanunsuz hərəkətləri Qərbi Asiya bölgəsində səbatsızlığı şiddətləndirməkdədir" deyən İranın xarici işlər naziri vurğulayıb: Amerikanın Fələstin xalqına qarşı fitnəkar planlarını müşayiət edən bəzi ərəb rejimləri nəinki fələstinlilərə xəyanət edirlər, həm də bütün bölgədə sülh və təhlükəsizliyi təhdid qarşısında qoyurlar.

Teqlər